7News.az xəbər verir ki, Barselona Universitetindən olan qidalanma mütəxəssisi Rikardo Lopes-Solisin rəhbərlik etdiyi klinik tədqiqatda pomidorun tərkibindəki güclü antioksidant olan likopenin beyin fəaliyyətinə və neyronlararası əlaqələrə təsiri araşdırılıb. Antioxidants jurnalında dərc olunan bu tədqiqatda orta yaşlı 42 nəfər iştirak edib. Üç ay ərzində hər gün 35 qram pomidor pastası qəbul edən iştirakçılarda koqnitiv testlər zamanı seçici diqqət səviyyəsinin artması və assosiativ yaddaşda cüzi yaxşılaşma müşahidə olunub.








