RU
Popocatepetl vulkanında son 24 saat ərzində 4 püskürmə baş verib
16:14
36

Popocatepetl vulkanında son 24 saat ərzində 4 püskürmə baş verib


7NEWS.az xəbər verir ki, Meksikada Popokatepetl vulkanında partlayışlar davam edir. Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzinin (CENAPRED) verdiyi açıqlamada, son 24 saatda vulkanda 4 partlayışın baş verdiyi, vulkanın ağzından 168 dəfə qaz və kül çıxdığı bildirilib. Açıqlamada, ətrafdakı Puebla, Morelos və Meksika əyalətlərindəki yaşayış məntəqələrində yüngül və orta dərəcədə kül yağıntılarının ola biləcəyi ifadə edilərək, püskürmələr nəticəsində vulkanın ağzından çıxan külün havaya qarışaraq yayıldığı ifadə edilib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ