Prezident İlham Əliyev 24 iyun 1997-ci il tarixli "Xarici ticarətin daha da liberallaşdırılması haqqında" və 15 sentyabr 2011-ci il tarixli "Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" qanunun tətbiqi barədə fərmanlarında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Dövlət Gömrük Komitəsi "İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na edilən dəyişikliklərə uyöun olaraq, ixrac-idxal əməliyyatları üzrə aylıq məlumatları sonrakı ayın 15-dən gec olmayaraq ölkə Prezidenti, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankla, yanaşı, Kənd Təsərrüfatı Nazirliyinə də verəcək.








