Prezident özünə basketbolçu müşavir götürdü.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünə yeni müşavir götürüb.
7News.Az xəbər verir ki, prezidentin yeni müşaviri keçmiş milli basketbolçu Hidayət Türkoğludur.
15 il NBA-nın formasını geyinən Türkoğlu Türkiyənin milli basketbol komandasının favoritlərindən biri sayılıb.
Müşavir Hidayət Türkoğlu üçün xidməti avtomobil, sürücü, mühafizəçi və 20 000 dollar da aylıq maaş nəzərdə tutulub.








