RU
Putin: “Rusiyanın suverenliyi üçün əsas təminat nüvə üçlüyünün inkişaf etdirilməsidir”
18:00
22

Putin: “Rusiyanın suverenliyi üçün əsas təminat nüvə üçlüyünün inkişaf etdirilməsidir”

"Biz döyüş hazırlığını qoruyub saxlayacağıq və nüvə üçlüyünün inkişafını davam etdirəcəyik. Bu, Rusiyanın suverenliyi üçün əsas təminatdır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.

O, Rusiyanın hərbi potensialını artırmağa davam edəcəyini bildirib: "NATO-nun hərbi potensialından və imkanlarından Rusiyaya qarşı fəal şəkildə istifadə olunur. Biz hərbi potensialımızı artırmağa davam edəcəyik".

Rusiya Prezidenti Silahlı Qüvvələrin maliyyələşdirilməsində heç bir məhdudiyyətin olmadığını, ölkənin orduya "tələb olunan hər şeyi" verdiyini söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ