Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayını artırıb.
Bununla bağlı müvafiq fərman hüquqi aktların rəsmi dərc edildiyi portalda yerləşdirilib.
Fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ştat sayı 2 441 630 nəfər, o cümlədən hərbi qulluqçuların sayı 1 550 500 nəfər müəyyən edilib.
Bundan əvvəl bu göstəricilər müvafiq olaraq 2 426 130 və 1 535 000 nəfər təşkil edib. Beləliklə, hərbi qulluqçuların ştat sayı 15 500 nəfər artırılıb.
Fərman imzalandığı gündən qüvvəyə minib.








