Qadın eyni yumurta əkizi olan dördəm dünyaya gətirib
7News.az xəbər verir ki, Avstraliyanın Kvinslend ştatının sakini, 34 yaşlı Cenitar Na'amoana təbii hamiləlikdən sonra eyni yumurta əkizi olan dördəm dünyaya gətirib. Mütəxəssislər qeyd ediblər ki, eyni yumurta əkizi olan dördəm hamiləliyinə təxminən hər 15 milyon hamiləlikdən birində rast gəlinir.