RU
Qadınlar artıq taxt varisi ola bilərlər
13:00
31

Qadınlar artıq taxt varisi ola bilərlər


7News.az xəbər verir ki, İsveçrə və Avstriya ilə həmsərhəd olan, 40 min əhaliyə malik Lixtenşteyndə taxt-tacın varisliyi ilə bağlı qaydalar dəyişdirilib. Varis şahzadə Alois elan edib ki, hökmdar ailə taxta çıxmaq hüququnu ilk doğulan oğula deyil, ilk doğulan övlada verən yeni qaydanı qəbul edib. Alois bildirib: "Bu o deməkdir ki, gələcəkdə cinsindən asılı olmayaraq, ilk doğulan övlad taxtın varisi və sonradan Lixtenşteyn şahzadəsi olacaq". Şahzadə II Hans-Adam 1989-cu ildən bəri Lixtenşteyn sülaləsinin başçısıdır. Məlumatlara görə, sözügedən dəyişiklik yalnız Alois və onun həyat yoldaşı, varis şahzadə Sofinin hələ dünyaya gəlməmiş övladlarının nəslinə şamil ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ