RU
Qafqaz Universitetinin binasında yeni universitet fəaliyyət göstərəcək - RƏSMİ
17:37
313

Qafqaz Universitetinin binasında yeni universitet fəaliyyət göstərəcək - RƏSMİ

Qafqaz Universitetində Bakı Mühəndislik Universiteti fəaliyyət göstərəcək.

7News.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri, BMU-nun rektor səlahiyyətlərini icra edən Sülhəddin Gözəlov bildirib ki, yeni təhsil müəssisəsinin inzibati binası fəaliyyəti dayandırılmış Qafqaz Universitetinin əvvəlki binası olacaq.

S.Gözəlov qeyd edib ki, Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti olub: "Qış imtahan sessiyasından sonra Qafqaz Universitetinin bütün tələbələrinin bir universitetdə - Azərbaycan Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılan Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib." deyə nazirlik rəsmisi vurğulayıb. 

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək Bakı Mühəndislik Universiteti ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirəcək, fundamental və tətbiqi elmi tədqiqatlar aparacaq.//big.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ