RU
Qar nə vaxta qədər yağacaq? – NAZİRLİK AÇIQLADI
16:16
1476

Qar nə vaxta qədər yağacaq? – NAZİRLİK AÇIQLADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın açıqlamasına görə, yanvarın 31-dən fevralın 2-dək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacaq, qar yağacaq, bəzi yerlərdə arabir intensivləşəcəyi gözlənilir: 

"Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var”. 

Qeyri-sabit hava şəraiti rayonlarda da davam edəcək: "Fevralın 2-i gündüz saatlarınadək rayonlarda da qeyri-sabit hava şəraiti davam edəcək, arabir yağıntılı olacaq, qar yağacaq, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq”. //Cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ