RU
Qarabağ torpaqlarının istehsalata yararlılığı araşdırılacaq
13:51
235

Qarabağ torpaqlarının istehsalata yararlılığı araşdırılacaq

Qarabağda müxtəlif istiqamətdə tədqiqat işləri aparılacaq.

Bu barədə AMEA-nın akademik katibi Adil Qəribov məlumat verib.

 

O bildirib ki, bu istiqamətdə artıq fəaliyyət planı hazırlanıb:

"Müharibədən qabaqkı dövrlə müqayisəli təhlillər aparılacaq. Bütün xüsusiyyətlər qiymətləndiriləcək. Hazırlanan plan 2021-2025-ci illəri əhatə edəcək. Bundan başqa həmin ərazilərin istehsalata yararlılığını yoxlamaq məqsədilə – torpaq örtüyü, onun xüsusiyyətləri tədqiq ediləcək. Ərazilərdə kənd təsərrüfatı və digər istehsalat sahələrinin optimal yerləşdirilməsi sxemi işlənəcək”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ