lombard

Qarabağ veteranı Salyanda acınacaqlı vəziyyətdə yaşayır - Video

Qarabağ veteranı Salyanda acınacaqlı vəziyyətdə yaşayır - Video

Qarabağ müharibəsi veteranı Hüseynov Kamran Soltan oğlu Salyan rayonunda acınacaqlı vəziyyətdə yaşayır...

7News.Az Milliyol.az-a istinadən xəbər verir ki, Qarabağ əlili bu barədə özünün video müraciətində bildirir.

Kamran Hüseynovun yaşadığı ev xarabalığı xatırladır. Olduqca acınacaqlı vəziyyətdə olan evdə heç bir şərait, o cümlədən ayaqyolu belə yoxdur. Xarabalığı xatırladaq ev sözün əsl mənasında xəstəlik mənbəyidir.

Kamran Hüseynov işsizdir, heç bir yerdən maaş almır. Dəfələrlə Salyon rayon İcra Hakimiyyətinə müraciət etsə də, ona 125 manatlıq maaş təklif ediblər. Solafan və plastik qabları toplayaraq satmaqla yaşamağa çalışır.

Qarabağ veteranının video müraciətini təqdim edirik.


Xəbər lenti