RU
Qarabağda yaralanan hərbçiyə kim yardım edir? – FOTO + VİDEO
21:37
418

Qarabağda yaralanan hərbçiyə kim yardım edir? – FOTO + VİDEO

Kütləvi informasiya vasitələrində Qarabağda döyüşlər zamanı gözündən qəlpə yarası alan hərbçi Qoşqar Hacıyevin müalicə xərclərini azərbaycanlı milyarder Mübariz Mənsimovun öz üzərinə götürməsi ilə bağlı xəbər yayılıb.

7news.Az xəbər verir ki, yayılan məlumatda bildirilir ki, Mingəçevir şəhərindən olan Qoşqar Hacıyev bir müddət əvvəl müalicə alması üçün imkanlı şəxslərdən yardım istəyib. Bundan sonra Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov ona yardım edib.

Məsələ ilə bağlı olke.az saytına açıqlama verən aprel döyüşlərinin qəhrəmanı bu məlumatın yalan olduğunu bildirib: "O, yalan söhbətdir. Mənim xəbərim olmaya-olmaya yazmışdılar ki, Qoşqarın vəziyyəti pisləşib, xəstəxanaya götürüblər”.

Qoşqar Hacıyev müsahibəsində gələn ay Türkiyəyə müalicəyə gedəcəyini desə də, bunun Mübariz Mənsimovun vəsaiti hesabına reallaşmayacağını əlavə edib.

"Mən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüylə gedirəm. Martın 1-nə biletlərimiz alınıb”.

Yaralı döyüşçü Müdafiə Nazirliyindən də narazılığını ifadə edib. "Müdafiə Nazirliyi məndən əlini çəkdi. Heç bir köməklik etmədilər. Cəmi bir dəfə Türkiyəyə göndəriblər. Nə edirsə, Mehriban xanım edir. Əhd eləmişəm, gələndən sonra əgər görüşdürsələr, onunla görüşəcəyəm.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ