RU
Qayınanası ilə dalaşdığı üçün həbs oluna bilər...
20:00
555

Qayınanası ilə dalaşdığı üçün həbs oluna bilər...

“Miss Model of Turkey-2005”in birincisi Sinem Yüksel (Sülün) keçmiş qayınanası Hikmət Birsen Yükseli təhqir etdiyi üçün 2 ilə qədər həbs oluna bilər.

İstanbul 43-cü Asliyə Cəza Məhkəməsində modelə qarşı qaldırılan iddiaya baxış keçirilib. 3 aydan 2 ilə qədər həbsi istənilən model məhkəmə prosesinə qatılsa da, modeldən şikayətçi olan Hikmət Birsen Yüksel gəlməyib.

Məhkəmə Sinem Yüksel və Mustafa Yüksəlin boşanma prosesinə aid sənədləri tələb edib və prosesi növbəti tarixə qədər təxirə salıb.

Qeyd edək ki, İstanbul Respublika Prokurorluğunda hazırlanan iddianamədə fevralın 28-i 2014-cü ildə Sinem Yüksel ilə qayınanası Hikmət Birsen Yüksəlin yaşadığı binanın qarşısında qarşılaşdıqları və mübahisə etdiyi ifadə edilir. Yaşanan mübahisə zamanı modelin qayınanasını təhqir etdiyi iddia edilir.

Hikmət Birsen Yüksəlin bu iddiasının hadisə yerində olan mühafizəçi tərəfindən doğrulandığı bildirilir./qafqazinfo

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ