Bu gün bəzi informasiya mənbələrində Xətai rayonu M.Rüstəmov küçəsində qazıntı aparılan yerə avtobusun təkərinin sürüşərək düşməsi barədə məlumatlar yayılıb. "Azəriqaz” İstehsalat Birliyi olaraq bildirmək istərdik ki, həmin ərazidə qazıntı işləri bizim tərəfimizdən bir müddət əvvəl aparılıb. 100 mm diametrində polietilen kəmərin çəkilişi üçün 70-80 sm enində və 80 sm dərinliyində qazıntı işləri görülüb. Lakin bu günlərdə iş tamamlanıb, qazılan yer doldurularaq asfaltlanmanın ilkin mərhələsi yekunlaşıb. Bu gecə isə bəzi yerlərdə yolun alt hissəsinin qaçması müşahidə edilib. Ehtimal etmək olar ki, bu yağış sularının yağması səbəbindən qeydə alınıb. Buna baxmayarq təqdim etdiyimiz foto və video materialda ciddi bir çöküntü müşahidə olunmur.
Bu barədə video materialı buradan izləyə bilərsiniz:








