RU
lombard
Qənirə Paşayeva Xalq artisti ilə görüşdü – Yubileyini təbrik etdi – FOTOLAR
10:07
231

Qənirə Paşayeva Xalq artisti ilə görüşdü – Yubileyini təbrik etdi – FOTOLAR

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlı ilə görüşüb.

7News.Az xəbər verir ki, Milli Məclisdə keçirilən görüşdə Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından aktyoru doğum günü və yubileyi münasibətilə təbrik edib. Ona  bundan sonrakı yaradıcılığında da uğurlar diləyib.

Görüşdə mədəniyyət sahəsində, o cümlədən, milli film yaradıcılığındakı durumla bağlı fikir mübadiləsi aparılıb.

Xalq artisti Şamil Süleymanlıya Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim olunub. Məktubda deyilir:

"Azərbaycan Respublikasının Xalq artisti Şamil Süleymanlıya
Hörmətli Şamil müəllim!
Siz Azərbaycan kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan, unudulmaz obrazlara həyat vermiş dəyərli sənətkarımızsınız.
Sizi yubileyiniz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, firavanlıq və Azərbaycan mədəniyyətinin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik”.

Hörmətlə,
Komitənin sədri
Qənirə Paşayeva
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ