RU
Qənirə Paşayevaya qarşı «Twitter» təxribatı - Millət vəkilindən etiraz
19:45
383

Qənirə Paşayevaya qarşı «Twitter» təxribatı - Millət vəkilindən etiraz

"Twitter" sosial şəbəkəsində  Millət vəkili Qənirə Paşayevaya qarşı təxribata yol verilib.
DW Azerbaycan”(dw_azeri) adlı «Twitter» səhifəsi onun adından Türkiyədə keçirilən referendumla bağlı saxta açıqlama yayıb.

Bu təxribata Q.Paşayeva etirazını bildirib. Millət vəkilinin sözlərinə görə, həqiqətə uyğun olmayan məlumatda «Qənirə Paşayeva: Türk xalqı millətin gələcəyi üçün «xeyir» deməlidir» cümləsi qeyd edilib: Qardaş Türkiyədən dostlarımız bizimlə əlaqə saxladı. Onlara da söylədim. Belə saxtakarlar tək deyillər. Müxtəlif şəxslər mənim adımdan Türkiyədə keçirilən referendumla bağlı yalan məlumatlar yayırlar. Adımdan belə saxta məlumatlar yayanların hamısını qınayıram. Mənim belə bir açıqlamam olmayıb. Bütün dostlarımı bu saxtakarlara etirazlarını bildirməyə çağırıram".

Millət vəkili Türkiyənin daxili siyasəti ilə bağlı heç vaxt açıqlama vermədiyini də qeyd edib: «Bundan sonra da Türkiyənin daxili siyasəti ilə bağlı açıqlama verməyəcəm. Mən hər zaman Azərbaycan-Türkiyə qardaşlığının və türk dünyasının daha da güclənməsi üçün çalışdım və bundan sonra da çalışacağam. Amma hər bir türk dövlətinin daxili siyasəti ilə bağlı qərarları o ölkənin vətəndaşları verir və biz hər zaman ona sayğı göstəririk». 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ