RU
Qətərdə İranın raket hücumunun qarşısı alınıb: Bir uşaq yaralanıb
16:50
28

Qətərdə İranın raket hücumunun qarşısı alınıb: Bir uşaq yaralanıb

Qətərdə İranın atdığı raketin zərərsizləşdirilməsi prosesində bir uşaq yaralanıb

Bu barədə "Reuters" agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Qətərin Müdafiə Nazirliyi İran tərəfindən atılan raketin zərərsizləşdirildiyini bəyan edib. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, raketin vurulması prosesində yaranan qəlpələr nəticəsində bir azyaşlı xəsarət alıb. Hazırda ona müvafiq tibbi yardım göstərilir.

Agentliyin şahidlərin ifadələrinə istinadən yaydığı xəbərə görə, paytaxt Doha şəhərində partlayışı xatırladan bir neçə səs eşidilib. Bu hadisə ilə eyni vaxtda əhalinin mobil telefonlarına xəbərdarlıq məqsədli həyəcan siqnalları göndərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ