Qəzza sektorunda müşahidə edilən kəskin isti hava şəraiti anklavda mövcud olan humanitar böhranı daha da ağırlaşdırır və yerli sakinlərin səhiyyə problemlərini artırır.
Bu barədə "Associated Press" (AP) informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda yüzminlərlə fələstinli sintetik parçalardan qurulmuş müvəqqəti çadırlarda sığınacaq tapıb. Həmin çadırlarda havalandırma sisteminin qeyri-qənaətbəxş olması, həddindən artıq istilər, eləcə də təmiz suya məhdud çıxış imkanları səbəbindən insanlar susuzluq və istilik vurması kimi ciddi xəstəlik riskləri ilə qarşı-qarşıyadırlar.
Yerli meteorologiya xidməti bildirir ki, avqust ayı boyunca havanın temperaturu göstərilən normadan iki dərəcə yuxarı olacaq.








