RU
Qəzzada zədələnmiş bina uçdu: 14 fələstinli həlak olub
15:43
23

Qəzzada zədələnmiş bina uçdu: 14 fələstinli həlak olub

7News.az xəbər verir ki, Qəzza şəhərinin cənub-qərbindəki Əl-Sinaa məhəlləsində, əvvəllər zədələnmiş altı mərtəbəli bina uçub. İlkin məlumatlara görə, 5-i uşaq olmaqla 14 fələstinli həlak olub. Xilasetmə qrupları isə dağıntılar altında qaldığı ehtimal edilən təxminən 100 nəfərə çatmaq üçün səylərini davam etdirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ