RU
Qırğızıstanda zəlzələ baş verdi
11:50
35

Qırğızıstanda zəlzələ baş verdi

Qırğızıstanın İssık-Kul vilayətində 5 bal gücündə zəlzələ qeydə alınıb.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstan Seysmologiya İnstitutunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 02:41-də İssık-Kul vilayətinin Öttük kəndindən 5 kilometr aralıda baş verib.

Zəlzələnin gücü Öttük və Kazan-Kuygan kəndlərində 5 bal, Cerge-Tal, Qızıl-Cıldız, Eçki-Başı və Emgekçil kəndlərində 4 bal təşkil edib.

Bundan başqa, bir sıra yaşayış məntəqələrində və Narın şəhərində zəlzələnin gücü 3 bal səviyyəsində hiss olunub.

Zəlzələ nəticəsində ölən və yaralananların, eləcə də dağıntıların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ