RU
Qızı Bred Pittin soyadından imtina edə bilmədi
12:00
45

Qızı Bred Pittin soyadından imtina edə bilmədi

Hollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin qızı Şilo atasının soyadından imtina edə bilməyib.

7News.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb məhkəmənin kargüzarlıq xətası səbəbindən təxirə salınması olub. Növbəti iclas avqustun 19-da keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Pitt və Colinin qızları Zahara və Vivyen də atasının soyadından imtina edib.

Ancelina ilə Bredin ümumilikdə altı övladı var; bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ