Qobustan rayonunda azyaşlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
2023-cü il təvəllüdlü Elcan Qənizadə yaşadığı evdə dərman qəbulundan sonra zəhərlənib. O, dərhal tibbi müəssisəyə çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, uşağın vəziyyəti orta-ağırdır və müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.








