RU
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
14:40
153

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

Rusiyada son bir gündə koronavirusa 16 627 yoluxma faktı qeydə alınıb.

"Qafqazinfo” "worldometers”ə istinadən xəbər verir ki, son 24 saat ərzində 497 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 76 229 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 951 233 nəfər koronavirusa yoluxub. İndiyədək 3 436 326 nəfər sağalıb.

Gürcüstanda son 24 saat ərzində daha 602 nəfərdə "COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 261 620-yə çatıb.

Ölkədə sutka ərzində daha 11 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 3269-a çatıb. Ümumilikdə sağalanların sayı isə 252 815 nəfərdir.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ