Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə qadının ölümü ilə bağlı hadisə qeydə alınıb.
7News.Az apa-ya istinadən xəbər verir ki, rayonun İqrığ kənd sakini, 2003-cü il təvəllüdlü S. Əmrahova 5 aylıq hamilə olub.
Bildirilib ki, ona antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil pisləşib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.








