RU
Qubada başlayan güclü yanğın evlərə keçə bilər - İki helikopter cəlb edildi
12:23
266

Qubada başlayan güclü yanğın evlərə keçə bilər - İki helikopter cəlb edildi

Quba rayonun Qarxun kəndində baş verən yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Bu barədə 7News.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır:

"Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin iki helikopteri hadisə yerinə cəlb olunub”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ