RU
lombard
Qubada narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - FOTO
22:40
696

Qubada narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - FOTO

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Belə ki, rayon sakini Fərhad Hacıyevin idarə etdiyi VAZ-2115 markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. 

F.Hacıyev RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.

 

 

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ