RU
lombard
Rəisin qardaşının şirkəti İcra Hakimiyyəti ilə 800 minlik müqavilə bağladı
10:00
8794

Rəisin qardaşının şirkəti İcra Hakimiyyəti ilə 800 minlik müqavilə bağladı

Qəbələ Rayon İcra Hakimiyyəti "Qəbələ İnşaat” MMC ilə maliyyə dəyəri 848 837.96 AZN təşkil edən 3 müqavilə imzalayıb. 

7News.Az xəbər verir ki, müqavilələrə əsasən MMC yolların, Mənzil Fonduna daxil olan binaların, küçə, səki, park və xiyabanların əsaslı təmirini həyata keçirməlidir. 

Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən "Qəbələ İnşaat” MMC 04 aprel 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 AZN olan "Qəbələ İnşaat”ın hüquqi ünvanı Qəbələ rayonu, Qəbələ şəhəri, M. Mərdanov küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Babayev Cavid Füzuli oğludur. 

Qəbələ Rayon İcra Hakimiyyətinin tenderlərini əsasən "Qəbələ İnşaat” MMC-nin udması diqqət çəkir. Hələ 2019-cu ildə, yəni yarandığı 1 ildə Qəbələ Rayon İcra Hakimiyyətinin elan etdiyi ümumi məbləği 112 min manat təşkil edən 4 tenderin qalibi olub. Tenderlər və məbləğlərini təqdim edirik:

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal-materialların alınması) – 10490 AZN.

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması – 12973 AZN.

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması (Mal-materialların alınması) – 39 832 AZN.

Qəbələ Rayon İcra Hakimiyyəti məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün işçilərə yumşaq inventar xüsusi geyim ləvazımatlarının alınması – 48194.5 AZN.

Cavid Babayevlə bağlı apardığımız araşdırma zamanı  bəlli olub ki, o, Fövqalada Hallar Nazirliyinin (FHN) Şimal Qərb Regional Mərkəzinin rəis müavini Ceyhun Babayevin qardaşıdır. Ceyhun Babayev isə Qəbələnin icra başçısı Səbuhi Abdullayevlə yaxın dostdur. Bu dostluğun əsası Səbuhi Abdullayev FHN sistemində işləyərkən qoyulub. Tenderləri "Qəbələ İnşaat”ın udmasının kökündə bu amil dayana bilər./yenisabah

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ