lombard

Rəşid Mahmudov: "Mübariz Mənsimova şər atırlar"

Rəşid Mahmudov:

Tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov Moderator.az-a açıqlamasında iş adamı Mübariz Mənsimovun həbsini pisləyib və ona qarşı elan olunan ittihamların şər-böhtan olduğunu bildirib:


"Biz bununla bağlı tələbələrimizlə birlikdə Mübariz Mənsimovun həbsinə etirazımızı bildirmişik. Ona şər-böhtan atırlar. Əgər onu həbsdən azad etməsələr, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, dostum Şamil Ayrıma müraciət edəcəm və deyəcəm ki, dediklərimi prezident Ərdoğana çatdırsın. Mübariz Mənsimov həbs ediləsi insan deyil, o, şər işlə məşğul olmur. Bunlar doğru deyil. O, Azərbaycan üçün bir çox iş adamlarının etmədiyini edib. Bizim yüzdən çox tələbələrimiz Türkiyədə onun hesabına təhsil alır. Bundan böyük nə var ki?”

 
 
7News.Az

Xəbər lenti