RU
Restoranın paltar dolabından 5000 dollar oğurladı
13:40
70

Restoranın paltar dolabından 5000 dollar oğurladı

Bakıda restoranda oğurluq hadisəsi baş verib.

Paytaxtın Nərimanov rayonunda zərərçəkən şəxs polisə müraciət edərək gödəkçəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun digər restoranda da paltar dolabına asılmış gödəkçənin cibindən pul vəsaitini taladığı da məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ