"Ən-Nəsr" komandasının 40 yaşlı forvardı Kriştianu Ronaldu karyerasında 940-cı qoluna imza atıb.
Portuqaliyalı hücumçu bu nailiyyətə Səudiyyə Ərəbistanı Pro Liqasının birinci turu çərçivəsində səfərdə "Ət-Taavun"a qarşı matçda çatıb.
Hücumçu komandasının ikinci qolunu penaltidən vurub.
"Ən-Nəsr" 0:5 hesabı ilə qələbə qazanıb. Feliksin het-trikə imza atdığı görüşdə daha bir dəfə Koman fərqlənib.








