RU
Roza Zərgərlinin qızı:
14:07
4058

Roza Zərgərlinin qızı: "ANAMLA ANA-QIZ MÜNASİBƏTDƏ DEYİLİK" (VİDEO - FOTO)

"Bizə nəsihət verir, özü başqa cür hərəkət edir"

"Ən çox mübahisəm də bunun üstündə olur"

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan Roza Zərgərlinin övladları anaları haqda danışıblar.

Corc: "Anam ən çox mənimlə maraqlanır. Ailənin ən böyük uşağı mənəm. Özü bizə nəsihət verir ki, kimləsə dostluq etməyək. Amma özü çox insanla dostluq edir. Ürəyi açıqdır. Hamıya yardım əlini uzadır. Onunla ən çox mübahisəm də bunun üstündə olur".

Bənövşə: "Biz anamla çox yaxınıq. Ana-qız münasibətində deyilik. Biz dostuq. Nəsə ola bilər ki, o, mənlə məsləhətləşə bilər, ya da mən onunla. Ürəyi çox təmizdir. Kiməsə pislik arzulamır. İstərdim ki, xasiyyəti dəyişsin. İnsanlara tez inanır. İnsanlar da ondan istifadə edirlər".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ