RU
Ruhidən Röyanın “Camaatı çağırıb tort kəsməklə iş düzəlmir” sözlərinə cavab:
15:20
519

Ruhidən Röyanın “Camaatı çağırıb tort kəsməklə iş düzəlmir” sözlərinə cavab: "Səbirli olun..."

Xəbər verdiyimiz kimi, əməkdar artist Röya Ayxan Murad Arifin yutub layihəsi – "Popumuz var” verilişində qonaq olarkən iş qadını kimi tanınan Ruhi Əliyevanı tənqid edib. O, bir müddət öncə qadına şiddətə qarşı aksiyası keçirən iş qadını Ruhinin layihələrinin düzgün istiqamətdə təşkil olunmadığını qeyd edib:

"İstədim bir verilişə çıxıb, Ruhini qınayım. Sonra vaz keçdim. Çünki qadına qarşı şiddət camaatı çağırıb tort kəsməklə düzəlmir. Əgər o, bunu boynuna götürürsə, işini tam görsün. Lazım olan orqanlara şikayət etsin. Bu halda mən də ona qoşularam. Çünki xalq mənə inanır. Bu qədər şoulaşdırmaq lazım deyil”.

 Ruhi Əliyeva ad çəkməsə də, instaqram üzərindən Röyanın onun haqqında dediyi sözlərə belə münasibət bildirib:

"Mənim üçün Allahın verdiyi iki dəyərli varlıq var - SƏBİR VƏ SUSMAQ! Hər səbir və susmağın sonunda bir xeyir var. Hər şeyə də ŞÜKÜR edərək, ALLAHIN verdiyi bütün gözəlliklərdən zövq alaraq yaşamaq lazımdır. Mənim əzizlərim, siz də səbirli olun şükrünüzü əskik etməyin. Bir də heç bir zaman bəd dua etməyin. İnsanlara pislik arzulamayın. Qəlbiniz təmiz, dünyanız gözəl, yollarınız açıq olsun”./publika

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ