RU
Rumıniyanın XİN başçısı:
14:20
151

Rumıniyanın XİN başçısı: "NATO-nun daha güclü olmasına çalışmalıyıq"

"Rusiyanın Ukraynaya elan etdiyi müharibə ilə bağlı reallıqları nəzər almalı, atacağımız addımları düşünməliyik”.

Bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Türkiyə və Polşanın xarici işlər nazirləri ilə İstanbulda keçirdikləri üçtərəfli görüşə dair mətbuat konfransında bildirib.

"Əlbəttə, NATO-nun daha güclü olmasına çalışmalı, həmrəy olmalı, birlik nümayiş etdirməliyik”, - o vurğulayıb.

Onun sözlərinə görə, üçtərəfl görüşdə Ukraynadakı vəziyyəti, NATO-nun tutduğu mövqeyi, Finlandiya və İsveçin NATO-ya üzvülüyünü də müzakirə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ