RU
Rusiya Ermənistandan Türkiyəni vura bilər
00:45
976

Rusiya Ermənistandan Türkiyəni vura bilər

Rusiya Ermənistandakı “Erebuni” aviabazasında yerləşdirdiyi döyüş aviasiyasından Türkiyə ilə münaqişə olacağı təqdirdə istifadə edə bilər.

Bu barədə “Military Informant” məlumat yayıb. Nəşrin Ermənistandakı mənbələri ölkənin Rusiya ilə Türkiyə arasında baş verə biləcək mümkün münaqişəyə cəlb edilməsindən çəkindiklərini və bunun regionda gözlənilməz nəticələrə gətirib çıxaracağını bildiriblər.


Qeyd edək ki, İrəvandakı aviabaza 1995-ci ildə yaradılıb. Aviabazaya 1998-ci ilin noyabrında “MiQ-29” qırıcıları göndərilib. 

Məlumatlara görə, hərbi aerodromda ondan çox Rusiya “MİQ-29”u var./azvision

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ