RU
Rusiya Krivoy Roqu vurdu: Ölənlər var
10:30
38

Rusiya Krivoy Roqu vurdu: Ölənlər var

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Qeyd olunub ki, zərbə nəticəsində yanğın baş verib. O əlavə edib ki, ərazidə xilasetmə əməliyyatına başlanılıb.

Onun sözlərinə görə, azı 2 nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanlar arasında 6 uşaq var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ