Rusiya Ukraynanın Odessa limanında ticarət gəmisinə zərbə endirib.
Bu barədə "RBK-Ukranie” Ukrayna Baş nazirinin müavini – infrastruktur və ərazi inkişafı naziri Aleksey Kulebaya istiandən məlumat yayıb.
Kulebanın sözlərinə görə, Toqo bayrağı altında üzən gəmi limanda mineral gübrə boşaltdığı zaman hücuma məruz qalıb.
Hadisə nəticəsində gəmi ekipajının 3 üzvü ölüb, daha 5 dənizçi isə yaralanıb.








