RU
Rusiya ordusu Sumıda evə dron zərbəsi endirib, ana və 9 yaşlı oğlu ölüb
12:50
19

Rusiya ordusu Sumıda evə dron zərbəsi endirib, ana və 9 yaşlı oğlu ölüb

Rusiya ordusunun Ukraynanın Sumı vilayətinin Burın icmasında iki reaktiv pilotsuz uçuş aparatı ilə yaşayış evinə endirdiyi zərbə nəticəsində 29 yaşlı qadın və onun 9 yaşlı oğlu ölüb.

Bu barədə Sumı vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.

Onun sözlərinə görə, zərbə səhər saatlarında endirilib. Hücum nəticəsində fərdi yaşayış evi ciddi dağılıb və yanğın baş verib. Qadın və onun azyaşlı oğlu hadisə yerində həyatını itirib.

Daha 4 nəfər yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ