Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın 4 qanadlı raketi, 8 pilotsuz uçuş aparatı olmaqla 12 hədəfini məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Mərkəz” Komandanlığı məlumat yayıb.
16:30
Rusiya növbəti dəfə Ukraynanın vilayətlərinə raket və pilotsuz uçuş aparatları ilə hücum edir, ölkə ərazisində partlayış səsləri eşidilir.
Kiyev vilayəti hərbi administrasiyasının başçısı Oleksey Kuleba paytaxt istiqamətində atılan 5 raketin hamısının məhv edildiyini bildirib.
Şəhərin müxtəlif rayonlarında partlayış səsləri də eşidlir. Çerniqovsk vilayətində iki raket sıradan çıxarılıb. İvano-Franskovsk vilayətində də partlayışlar törədilib. Bölgənin Burştınsk İstilik Elektrik Stansiyası da atəşə tutulub.
Vinnitsa vilayəti hərbi administrasiyasının başçısı Sergey Borzov da bölgənin atəşə tutulması nəticəsində partlayışların olduğunu vurğulayıb.
Bundan sonra vilayətin bir sıra rayonlarında elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
14:16
Rusiyanın Rostov vilayətindən Ukrayna ərazisinə "Tu-95” vasitəsilə "X-101” raketi buraxılıb.
Məlumatı "Ukraina online” yayıb.
Məlumata görə, Ukraynanın Sumı vilayəti istiqamətində 4 raket atılıb.
Bildirilib ki, Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla ölkənin bir sıra vilayətlərində irimiqyaslı hava həyəcanı siqnalı verilib.
7NEWS.Az








