RU
Rusiya Sumını bombalayıb, 15 nəfər yaralanıb
10:50
31

Rusiya Sumını bombalayıb, 15 nəfər yaralanıb

Rusiya qüvvələri Ukraynanın Sumı şəhərini bombalayıb.

Bu barədə Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.

Məlumata görə, səhər saatlarında şəhərin mərkəzinə beş idarə olunan hava bombası atılıb.

Ümumilikdə, Sumı bölgəsindəki zərbələr nəticəsində biri uşaq olmaqla 15 nəfər yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ