Rusiya vətəndaşının 20 il ərzində Qazaxıstanda qanunsuz istismar edildiyi aşkar olunub.
7News.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, Qazaxıstan polisinin sosial şəbəkələrdə apardığı monitorinq zamanı bu faktın üstü açılıb. Belə ki, 44 yaşlı Rusiya vətəndaşı sosial şəbəkədə video paylaşaraq Qazaxıstanın Karaqanda vilayətində qanunsuz olaraq saxlanıldığını bəyan edib.
Ölkə polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs aşkarlanıb. O, 20 il ərzində 44 yaşlı Qazaxıstan vətəndaşı tərəfindən qanunsuz saxlanıldığını və işlədildiyini bildirib. Məsələ ilə bağlı təqsirləndirilən şəxs saxlanılıb, hazırda istintaq əməliyyatları aparılır.
Yayılan videoda isə Rusiya vətəndaşı Qazaxıstanda olduğunu bildirir və valideynlərindən ölkədən çıxmaq üçün kömək istəyir.








