Noyabrın 20-nə keçən gecə Rusiya qüvvələri Ukraynanın Xarkov şəhərində tibb müəssisəsinə zərbə endirib.
"RBK-Ukrayna”nın məlumatına görə, bunu Xarkov meri İqor Terexov açıqlayıb.
Onun sözlərinə görə, hücum şəhərin Şevçenko rayonunda yerləşən tibb müəssisəsini hədəf alıb.
Zərbə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Yaralıların sayı və vəziyyəti, eləcə də tibb müəssisəsinə dəymiş ziyanın miqyası barədə hələlik ətraflı məlumat açıqlanmayıb.








