RU
lombard
Rusiyada GÜCLÜ YANĞIN: Çox sayda ölü var
15:00
242

Rusiyada GÜCLÜ YANĞIN: Çox sayda ölü var

Rusiyanın Tomsk vilayətinin Asinovski rayonundakı fərdi yaşayış binasında güclü yanğın olub, 11 nəfər ölüb.

Tomsk vilayətinin Asinovski rayonu, Prichulymsky kəndindəki birmərtəbəli taxta evdə baş verən yanğın dünən gecə başlayıb.

Yanğında 11 nəfər ölüb, 2 nəfər xilas ola bilib. Ölənlərin hamısı əcnəbi vətəndaşlardır.

Bölgədəki təcili tibbi yardım xidmətinin nümayəndəsi onların Özbəkistan vətəndaşı ola biləcəyini ehtimal edib. Hazırda həlak olanların milliyyəti dəqiqləşdirilir.

Hadisə ilə bağlı operativ qərargah yaradılıb.//Apa.az

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ