RU
Rusiyada qarajlarda benzin saxlayanlara 15 min cərimə
12:10
44

Rusiyada qarajlarda benzin saxlayanlara 15 min cərimə

Rusiyanın Pskov vilayətində hüquq-mühafizə orqanları qaraj və fərdi yaşayış evlərində benzin ehtiyatı saxlayan şəxslərin müəyyən edilməsi üçün reydlər keçirir.

Bu barədə Pskov vilayətinin qubernatoru Mixail Vedernikov məlumat verib.

Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı bir sıra sakinlərin qarajlarında normadan artıq miqdarda benzin saxladıqları müəyyən olunub.

Qubernator bildirib ki, yanğın təhlükəsizliyi qaydalarına əsasən bu cür yanacaq ehtiyatının saxlanılması qadağandır. Aşkarlanan qayda pozuntularına görə vətəndaşlara 5 min - 15 min rubl məbləğində inzibati cərimələr tətbiq olunub.

Vedernikov əlavə edib ki, fərdi yaşayış evləri və qaraj kooperativlərində reydlər davam etdirilir.

Qeyd edək ki, son aylarda Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələr fonunda ölkədə benzin təminatı ilə bağlı problemlər yaşandığı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ