RU
Rusiyada yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12-yə çatdı - YENİLƏNİB + FOTO/VİDEO
12:20
265

Rusiyada yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12-yə çatdı - YENİLƏNİB + FOTO/VİDEO

Samarada baş vermiş yol qəzası nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

TASS xəbər verir ki, bu barədə bölgə qubernatoru Dmitri Azarov öz "Instagram” səhifəsində bildirib.

"Bu dəqiqə üçün qəzada ölənlərin sayı 12 nəfərə çatıb. 10 nəfər yerindəcə, iki nəfər isə xəstəxanada vəfat edib. Cəmi 24 nəfər zərərçəkmiş şəxs var. Onların hamısı Sizran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Üç nəfər əməliyyat masasındadır”, - deyə qubernator qeyd edib.

 

22:14

Rusiyanın Samara vilayətində baş vermiş yol qəzası nəticəsində 10 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

TASS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

"Ölənlər və xəsarət alanlar arasında azyaşlılar yoxdur. Avtobusda bir uşaq olub. O sağ-salamatdır”, - deyə komitədən bildirilib.

İlkin məlumatlara görə, qəzaya səbəb avtobusun ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Hazırda FHN əməkdaşları xəsarət alanlara və ölənlərin ailələrinə psixoloji yardım göstərir.

Qeyd edək ki, qəza zamanı DAF yük maşını, "Citroen” mikroavtobusu və "Chevrolet Niva” minik avtomobili toqquşub.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ