RU
Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 16,7 milyard dollar artıb
16:40
234

Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 16,7 milyard dollar artıb


Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiyanın beynəlxalq ehtiyatları noyabrın 11-nə 16,7 milyard dollar artaraq 18 noyabr tarixinə 568,8 milyard dollara çatıb.

7NEWS.az xəbər verir ki, Beynəlxalq ehtiyatlar ümumi məbləği 541,6 milyard dollar olan noyabrın 4-dən artmaqdadır. Oktyabrın 28-dən (550 milyard dollar) noyabrın 4-nə kimi 8,5 milyard dollar azalma olub.

Qərb ölkələrinin Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etməsindən sonra Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarının 300 milyard dollardan çoxu dondurulub.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ