RU
Rusiyanın iri neft emalı zavodlarından biri PUA hücumuna məruz qalıb, yanğın başlayıb
10:40
21

Rusiyanın iri neft emalı zavodlarından biri PUA hücumuna məruz qalıb, yanğın başlayıb

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yerləşən "Orsknefteorgsintez” neft emalı zavodu PUA hücumuna məruz qalıb.

UNN xəbər verir ki, hücumdan sonra müəssisənin ərazisində yanğın başlayıb.

Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev bildirib ki, regionda hava məkanına məhdudiyyətlər tətbiq edilib və "Xalça” ("Kovyor”) planı qüvvəyə minib. Həmçinin Orsk hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Şəhər rəhbəri Artyom Vorobyov da Orskda PUA hücumunun baş verdiyini təsdiqləyib.

Hazırda yanğının davam etdiyi bildirilir.

"Orsknefteorgsintez” Rusiyanın iri neft emalı müəssisələrindən biridir və "Forteİnvest” strukturuna daxildir. Müəssisənin illik neft emalı gücü təxminən 6–6,6 milyon ton təşkil edir. Zavod benzin, dizel yanacağı, mazut, bitum, aviasiya kerosini və digər neft məhsulları istehsal edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ