RU
Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində 3 nəfər ölüb
10:10
17

Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində 3 nəfər ölüb

Rusiyanın Ukraynanın Zaporojye rayonuna zərbəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin teleqram kanalındakı məlumatında bildirilib. Qurumun məlumatına görə, zərbə dördmərtəbəli qeyri-yaşayış binasına endirilib, bundan sonra üçüncü mərtəbədə yanğın baş verib. Xilasedicilər 100 kvadratmetr sahədə baş vermiş yanğını söndürüblər. "Qəza-xilasetmə işləri zamanı 2 nəfəri yanan binadan xilas etmək mümkün olub. Hadisə yerində zərbənin fəsadlarının aradan qaldırılması davam edir", - Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ