RU
Röya KÖVRƏLDİ:
13:40
498

Röya KÖVRƏLDİ: "Heç vaxt unutmayacağam"

Xalq artisti Röya Ayxan "İnstagram" hesabında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizdən yazıb.

"Canlarını Azərbaycan yolunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi anılır. Bu gün hər kəs onların ruhu qarşısında baş əyir.

Biz bu günləri heç vaxt unutmayacağıq. 2783 şəhid, 2783 ailədə hüzn var. Amma bu igidlər Vətən fədailəridir.

Onların valideynlərinə minnətdarıq ki, bu cür övlad böyüdüblər. Azərbaycanı sevən, bayrağını yüksək tutan, milləti, namusu üçün canından keçməyə hazır olan övlad!

Sizin qəhrəmanlıqlarınız kitablara sığmaz!

Allah sizə rəhmət etsin. Ana-atalara səbr, yaralılara şəfa diləyirəm. İtkin düşən hərbçilərimiz ailələrinə qovuşsun./big

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ