RU
Röyadan Elnarəyə: “Onun harasısa ağrıyır, yaxşı bir “UZİ”yə göstərməliyik”
11:40
289

Röyadan Elnarəyə: “Onun harasısa ağrıyır, yaxşı bir “UZİ”yə göstərməliyik”

Əməkdar artist Röya Ayxan Murad Arifin "Popumuz var” verilişinin qonağı olub.

7News.Az xəbər verir ki, ifaçı verilişdə həmkarı Elnarə Xəlilova haqda sərt fikirlər səsləndirib.

O, mahnısını plagiat adlandıran Elnarəyə belə cavab verib:

"Onun harasısa ağrıyır. Elnarəni yaxşı bir "UZİ”yə göstərməliyik. Özü də çox istəyirəm. O da bundan həzz alır, qoy eləsin. Evdə demişəm, aparat sifariş vermişəm”.

Röya aparıcının  "W Trio”nun 20 illiyinə necə hazırlaşırsınız” sualını belə cavablayıb:

"Natavanla birlikdə  konsert verərik, Elnarə də gəlib baxar”.

Əməkdar artist həmçinin illər öncə yaşadığı çətinliklərdən bəhs edərək, məşhur olmamışdan öncə Natavan Həbibinin evində bir il qaldığını, hətta onun anasının yeməklərini yediyini etiraf edərək, münasibətləri soyuq olan həmkarına barışıq əlini uzadıb. 

 

 

 

7News.Az
                 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ